Paşinyan sərhəddəki itkilərdən danışdı: “BİZƏ GÜCLÜ ƏSƏBLƏR LAZIMDIR”
“Hökumət Ermənistan və region üçün dinc inkişaf dövrünün açılması gündəmini ardıcıl olaraq irəli sürəcək”.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan yanvarın 13-də hökumətin iclasında deyib.
 
“Sərhəddə hələ də insidentlərimiz, itkilərimiz var. Biz öz siyasətimizi elan etmişik. Dedim ki, bizim prioritet vəzifələrimizdən biri ölkəmizin müdafiə qabiliyyətini daim təkmilləşdirməkdir. Ölkəmizin və regionun elan etdiyimiz dinc inkişafının gündəmini açmaq üçün bizə güclü əsəblər lazımdır, çünki çoxları daim nəyisə sübut etməyə çalışacaq, bizi bunun mümkün olmadığını düşünməyə sövq edəcək”, - baş nazir bildirib.
 
Hökumət başçısı vurğulayıb ki, Ermənistanın ətrafında sabit və təhlükəsiz mühitin formalaşması üçün hər şey edilməlidir: “Bu, bizim ən mühüm siyasi vəzifəmizdir, xüsusən də müharibədən və növbədənkənar parlament seçkilərindən sonra. Biz bu gündəmi ardıcıl olaraq irəli sürəcəyik”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.