Azərbaycanlı “oğru” Türkiyədən deportasiya edildi
ÖMÜRLÜK?
Azərbaycanlı "oğru” Rafət Əmirov (Rafət Əli Bayramlı) Türkiyədən deportasiya olunub.
 
Hadisə yaxın günlərdə baş verib.
 
Rafət Əmirov uzun müddət idi ki, Türkiyədə məskunlaşmışdı. Lakin bir müddət əvvəl oranı müvəqqəti tərk edib. Geri dönəndə isə miqrasiya polisi tərəfindən saxlanılıb. O, Türkiyədən deportasiya edilib və bu ölkəyə girişi ömürlük məhdudlaşdırılıb.
 
Rafət Əmirov 1979-cu ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2014-cü ildə Türkiyədə keçirilən "sxodka”da "oğru” titulu alıb.
 
“Qaynarinfo”nun kriminal mənbələrdən əldə etdiyi məlumatlara görə, Rafət Əmirova "oğru” titulu verilən toplantıda Azərbaycanın kriminal dünyasının tanınmış simaları olan Arif Mehdiyev (Arif Sumqayitski), Yunis Nəzərov (Yunis Yasamalski) və Namiq Səlifov (Namiq Bakinski) iştirak ediblər. Həmin vaxt həbsdə olan Nadir Səlifov (Lotu Quli) da "Skype” vasitəsilə "sxodka”ya qatılıb.
 
Rafət Əmirovu taclandıran "oğru”lardan Nadir Səlifov istisna olmaqla digərləri həyatdadır. Nadir Səlifov isə 2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.