Lukaşenko “ağ bayraq” qaldırdı “ÇOX TEZLİKLƏ MƏN DƏ GEDƏCƏYƏM”

Belarus diktatoru Aleksandr  Lukaşenko “çox tezliklə” postunu tərk edə biləcəyini bəyan edib. 
 
Ovqat.com xəbər verir ki, Prezident bu qərarın onun üçün çətin olduğunu da gizlətməyib: "Mən bu ölkə ilə bütünləşmişəm, o, mənim içimdədir. Mən başa düşmürəm, təqaüdə ayrıldıqdan sonra necə yaşamaq olar? Mən bunu hələ təsəvvür etmirəm. Amma bu o demək deyil ki, mən kresloma yapışıb qalacağam. Xeyr. Məndən sonra bu vəzifəyə insanlar gələcək, hətta çox tezliklə”.
 
Lukaşenkonun bu sözləri ABŞ və Böyük Britaniyanın Belarusa qarşı ağır sanksiyalar barədə qərar qəbul etməsindən sonra deməsi təsadüfi deyil. Məlumata görə, Böyük Britaniyanın sanksiyaları Belarus qiymətli kağızlarının alınması və ona kreditlərin verilməsini belə, qadağan edir. ABŞ-in sanksiya qərarı Lukaşenkonun ötən il keçirilən prezident seçkilərindəki rəqibi Tixanovskayadan asılı olacaq. Ötən həftə ABŞ yetkililəri ilə görüşən Tixanovskayanın sanksiyalar tətbiq olunacaq şirkətlərin siyahısını tərtib edib Ağ Evə verdiyi bildirilir. Bu sanksiyaların təkcə ayrı-ayrı şəxslərə yox, həm də bütün Belarus iqtsadiyyatına tətbiq olunacağı gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.