“Tvitter” Xameneinin hesabını həmişəlik blokladı - TRAMPLA BAĞLI PAYLAŞIMA GÖRƏ
“Tvitter” şirkəti İranın ali rəhbəri Seyid Əli Xameneinin hesablarından birini ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı video paylaşdıqdan sonra bloklayıb.
 
Bu barədə “İran İnternational” agentliyi məlumat yayıb.
 
Qeyd olunub ki, şirkət Seyid Əli Xameneinin hesablarından birini həmişəlik bağlayıb. Videoda İranın pilotsuz uçan aparatı general Qasım Süleymaninin intiqamını almaq üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampı vurur.
 
Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində həlak olub.

Onu da xatırladaq ki, Xameneinin internet saytının “khamenei_site” "Tvitter" hesabı da keçən il Trampa sui-qəsdi nəzərdə tutan yazıya görə bağlanmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.