Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
“Dövlət başçısının sərəncamı ilə Abiş Samat Satıbaldıul Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib”, - deyə Tokayevin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Xatırladaq ki, onun vəzifədən kənarlaşdırıldığı barədə bundan əvvəl də xəbərlər yaymışdı, amma MTK bunu təkzib etmiş və S.Abişin məzuniyyətdə olduğunu açıqlamışdı.
O, Nursultan Nazarbayevin kiçik qardaşı Satıbaldı Abişeviç Nazarbayevin oğludur. Əvvəllər Nazarbayev soyadını daşıyıb, Abiş babasının adıdır.