Avropa Birliyi (AB) və ABŞ Suriya məsələsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmalıdır.
Almaniyanın “Spiegel” nəşrində yayımlanan məqalədə belə deyilir.
Nəşr yazır ki, Suriyanın gələcəyini İran, Rusiya və hər şeydən əvvəl Türkiyə müəyyən edir: “Qərb suriyalılara kömək etmək istəyirsə, Ərdoğana təsir göstərməyə çalışmalıdır. Qərbin bu məsələdə zəifliyi onun öz problemidir. Ərdoğan əvvəldən Suriyada müxalifəti dəstəkləyib. Bu məsələ ilə bağlı AB və ABŞ Ərdoğanla danışmalıdır”.
Qeyd edək ki, Suriyada baş verən gərginlik fonunda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması artıq Xümsü ələ keçirmək üzrədir. Qruplaşmanın lideri Əbu Məhəmməd Colani hədəfin Dəməşq olduğunu açıqlayıb.