Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun tərəfdarları Kiyevin Peçersk Rayon Məhkəməsinin binası yaxınlığında mitinq keçirirlər.
Bu barədə yerli KİV məlumat yayıb.
Ukraynanın keçmiş prezidenti bazar ertəsi Kiyevə qayıdıb və bu gün dövlətə xəyanət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi üçün çağırıldığı Peçersk Rayon Məhkəməsinə gedəcək. Kiyevə uçmazdan əvvəl Poroşenko bildirib ki, o, həbsdən qorxmur, çünki arxasında Ukrayna xalqının dəstəyini hiss edir.
Eks-prezidentin bir neçə yüz tərəfdarı Poroşenkoya qarşı təqiblərə son qoyulması tələbi ilə aksiya keçirir. Onlar məhkəmə binasının yerləşdiyi Vladimirskaya küçəsinin hərəkət hissəsinə yığışıblar. Etirazçıların əllərində partiya və dövlət bayraqları var.