Çingiz Əsgərov: Azərbaycanda sığınacaq axtaranların sayı artacaq - “DÖVLƏT ORQANLARI BU PROSESƏ HAZIR OLMALIDIRLAR”
“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu prosesə hazır olmalıdırlar. Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar”.
 
Senzor.az bildirir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.
 
O xatırladıb ki, keçən il Azərbaycanda inzibati məhkəmələrin ayaradılmasından 10 il ötüb: “Bu məhkəmələrin yaradılması çox düzgün addımdır”.
 
Ali Məhkəmənin sədr müavini bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar uğurlu nəticələrə gətirib çıxarıb: “Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib”.
 
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın dünyada nüfuzunu artırıb: “Bu da ona rəvac verir ki, digər ölkələrin vətəndaşları, o cümlədən sığınacaq axtaran şəxslər də Azərbaycanda yaşamaq istəyəcəklər. Azərbaycan həmişə beynəlxalq öhdəliklərini yerinə yetirib və bundan sonra da yerinə yetirəcək”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.