Rus dili dərsliyində 20 Yanvar faciəsinin tarixi ilə bağlı
TƏHRİF DÜZƏLDİLDİ
Rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrif olunan tarixi fakt düzəldilib.
 
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq “Şərq-Qərb” nəşriyyatından məlumat verilib.

Qeyd olunub ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir: "Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir.
 
Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.

20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.