Qazaxıstanın regionlarında yanvarın əvvəlində iğtişaşlar fonunda tətbiq edilən fövqəladə vəziyyət rejimi çərşənbə günü yerli vaxtla gecəyarısı (Bakı vaxtı ilə saat 22:00) başa çatıb.
TASS xəbər verir ki, hazırda bütün ölkədə konstitusiya quruluşu bərpa olunsa da, bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.
Qeyd edək ki, yanvarın 5-də respublika Prezidenti Qasım-Jomart Tokayev artan iğtişaşlar fonunda Manqistau vilayətində və Almatıda fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Həmin gün dövlət başçısının mətbuat xidməti Qazaxıstanın digər vilayətlərində də fövqəladə vəziyyətlə bağlı sənədləri dərc edib. Rejim yanvarın 19-u yerli vaxtla saat 00:00-dək tətbiq edilib. Bundan əlavə, bu müddət ərzində saat 23:00-dan (Bakı vaxtı ilə 21:00) 07:00-a qədər (Bakı vaxtı ilə 05:00) komendant saatı tətbiq olunub.
Yanvarın 12-də vəziyyət sabitləşdiyi üçün Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilib. İki gün sonra, yanvarın 14-də prezident Çimkent, Şərqi Qazaxıstan, Karaqanda, Türküstan, Akmola və Kostanay vilayətlərində rejimin ləğvi haqqında fərmanlar imzalayıb. Ertəsi gün Aktobe vilayətində də fövqəladə vəziyyətin ləğvi qərara alınıb.
Bu axşam isə fövqəladə vəziyyət rejimi paytaxt Nur Sultan və Almatı da daxil olmaqla, respublikanın 17 rayonundan qalan 7-də avtomatik olaraq fəaliyyətini dayandırıb. Prezidentin sözçüsü Berik Uali bildirib ki, komendant saatı və digər müvəqqəti məhdudiyyətlər də götürülür.