
Bu barədə "FranceInfo" nəşri xəbər yayıb.
Məlumatda qeyd olunub ki, Makronun Avropa Parlamentindəki çıxışından sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransı sualsız bəyanatla əvəz olunub. Avropalı jurnalistlər etiraz olaraq zalı konfrans başlamamış tərk ediblər.
Fransanın "CNews" telekanalının jurnalisti Loik Sinor "Twitter"də yazıb ki, media nümayəndələri sual vermək üçün bir neçə saat E.Makronu gözləyiblər.