Kabil hava limanı yaxınlığında baş vermiş terror aktından sonra ABŞ Prezidenti Co Bayden ölkədə səfərdə olan İsrailin Baş naziri Naftali Bennetlə görüşünü təxirə salıb.
Bu barədə “Axios” məlumat yayıb.
Almaniya Kansleri Angela Merkel isə Əfqanıstandakı vəziyyətlə əlaqədar avqustun 28-nə İsrailə nəzərdə tutulmuş səfərini ləğv edib.
Kanslerin mətbuat xidmətindən yayılan məlumata görə, tərəflər səfərin bir qədər sonra baş tutması barədə razılığa gəliblər.