“Türk Hava Yolları” bu günə nəzərdə tutulan 46 reysi təxirə saldı - QARA GÖRƏ
Rəylər
“Türk Hava Yolları” (THY) aviaşirkəti yanvarın 22-də İstanbulda gözlənilən qar səbəbindən Sabiha Gökçen hava limanından həyata keçiriləcək 46 reysi təxirə salıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, THY-nin mətbuat katibi Yahya Üstün bununla bağlı özünün Twitter hesabından açıqlama verib.
Y.Üstün sərnişinlərə reyslərini əvvəlcədən yoxlamalarını tövsiyə edib.