Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,49 dollar azalaraq 87,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 85,14 dollar olub.
Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,48 dollar azalaraq 91,41 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (92,89) qeydə alınmışdı.