
Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər səngimək bilmir.
Sosial şəbəkə istifadəçiləri Müşviq Abbasovu boykot etməyə səsləyirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə komandanın adının dəyişdirilməsi məsələsinə qarışmaq istəmədiyini bildirib: “Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm. Söhbət 2000-ci ilin KVN-indən getsəydi, mən cavab verməyə hazır idim. Necə əsrin çempionu olmuşuq, bu barədə danışardım. Sonuncu dəfə KVN-də 20 il bundan qabaq oynamışam, artıq illərdir oynamıram. Komandanın adının dəyişdirilməsi ilə bağlı oradakı iştirakçılara, təşkilatçılara sual verilməlidir. Müşviqdən soruşun ki, “Ay Müşviq, niyə belə elədin?” O, cavab versə, lap yaxşı olar”.