
Müşviq Abbasov ölkə.az-a açıqlamasında komandanı tənqid edənlərə çağırış edib: “Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin hamısına - şəxsiyyətli-şəxsiyyətsiz, namuslu-namussuz fərqi yoxdur, çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, bilet alıb oyunumuza gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.