
Senzor.az bildirir ki, bunu onlayn formatda medianın suallarını cavablandırarkən N.Paşinyan deyib.
Dediyinə görə, o, Sarkisyandan soruşub ki, “bu, yekun qərardır, yoxsa müzakirə predmetidir?!”.
"Mən qərarın müzakirə mövzusu olub-olmadığını anlamağa çalışdım. Amma o mənə dedi ki, artıq belə bir qərar verib", - Paşinyan vurğulayıb.
Başqa sözlə, prezident baş nazirlə məsləhətləşməyib, sadəcə olaraq onu məlumatlandırıb. N.Paşinyan A.Sarkisyanın bütün arqumentlərini dinlədiyini qeyd etsə də, şərh verməkdən imtina edib.
Onun sözlərinə görə, istənilən yüksək vəzifəli məmur bu cür qərarları müstəqil qəbul edir.
Paşinyan, həmçinin bildirib ki, onun siyasi komandası hələ gələcək prezidentin namizədliyi ilə bağlı qərar verməyib.