Türkiyə Hava Yolları İstanbul aeroportunda əməliyyatları yanvarın 26-sı saat 00:00-dək dayandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat müşaviri Yahya Üstün “Tvitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, müvafiq xidmətlər hava limanlarını və uçuş-eniş zolaqlarını hazır vəziyyətə gətirmək üçün işləri davam etdirirlər. Uyğun bilinərsə, bəzi səfərlər istisna olaraq icra edilə bilər.
Xatırladaq ki, yanvarın 21-dən başlayaraq Türkiyənin bir çox ərazilərində çovğun hökm sürür. Əlverişsiz hava şəraiti ən çox İstanbula zərər vurub. Bu gün yerli vaxtla saat 13:00-dək meqapolisdə sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Ankara-İstanbul avtomagistralında nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.
İstanbulun bəzi rayonlarında qalın hündürlüyü 50-60 santimetrə çatıb. Həmçinin ölkənin cənub vilayətlərinə də yağıntı düşüb.