Ermənistanın keçmiş prezidenti, “Hayastan” müxalifət blokunun rəhbəri Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyanın komandasına ən yaxşı rəqib kimi Köçəryan göstərilsə də o, yenidən prezident seçilmək istəyində deyil.
“Hayastan” fraksiyasından olan deputat Aqnessa Xamoyan “5-ci kanal”ın efirində deyib ki, hətta parlamentdə keçirilən brifinqlərdə də blokun nümayəndələri bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını, müvafiq qərarın verilmədiyini bildiriblər.
“Amma sonra bəzi KİV-lər manipulyasiya xarakterli başlıqlarla yazılar dərc etdilər ki, “Haystan” bloku guya Köçəryanın namizədliyini istisna etmir. Mövzu şişirdildiyi üçün bir daha deyirəm ki, Robert Köçəryan prezidentliyə namizəd olmayacaq”, - Xamoyan bildirib.