Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması xəbəri İrəvanda birmənalı qarşılanmayıb.
Senzor.az bildirir ki, yerli media baş nazirin özünü izolyasiya etməsi xəbərinin siyasi dairələrdə ciddi qəbul olunmadığını yazır.
Məsələn, “Hraparak” nəşrinin yaydığı məlumata görə, Nikol Paşinyan Ermənistan ordusu gününə həsr olunmuş tədbirdə iştirak etmək istəməyib. Bu səbəbdən də o koronavirusa yoluxduğunu elan etmək qərarı verib.
Nəşr iddia edir ki, Paşinyanın növbəti dəfə təhlükəli virusa yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur. Amma çoxları buna şübhə ilə yanaşır.
“Xəstəliyin asemptomatik olduğu bildirilir. Çoxunu maraqlandıran bir sual var. Əgər xəstəlik asemptomatikdirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Baş nazirdə infeksiyaya yoluxma əlaməti olmasaydı həkimə müraciət edərdimi?” – deyə məqalə müəllifi hər şeyin düzülüb-qoşulduğuna işarə vurub.
Qəzet yazır ki, ən çox ehtimal olunan versiyalardan biri belədir ki, bütün bu nağıllar yanvarın 28-ə planlaşdırılan Ordu Günü ilə bağlıdır: “Həmin gün Karen Dəmirçyan adına idman kompleksində, 44 günlük müharibənin iştirakçılarının iştirak edəcəyi tədbir planlaşdırılır.Yayılan şayiələrə görə, təşkilatçılar təsirli emosional təqdimatlar hazırlamaq istəyiblər. Lakin müharibə veteranları buna razılıq verməyiblər. Paşinyan isə öz növbəsində adi tədbirdə iştirak etmək istəməyib, “şou”suz olduğu üçün qatılmamaq qərarı verib”.
Bu arada məlum olub ki, Ermənistan hökumətinin yarısı da virusa yoluxub. Baş qərargahın rəhbərliyində də virusa yoluxanların olduğu bildirilir. Tədbirə dəvət edilmiş digər mühüm qonaqlar arasında da virusa yoluxanlar var. Elə bu səbəbdən də Ermənistan silahlı qüvvələrinin yaradılmasının 30-cu ildönümü münasibətilə yanvarın 28-də "Dvin” otel kompleksinin böyük zalında keçirilməsi nəzərdə tutulan ənənəvi qəbul təxirə salınıb.