Bir vaxtlar Qarabağda məskunlaşdırılmış erməni "qaçqınlar" bu gün İrəvanda növbəti dəfə etiraz aksiyası keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, "qaçqınlar" statuslarının dəqiqləşdirilməsi tələbi ilə Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısında toplaşıblar.
“Hadrut naminə” qeyri-hökumət təşkilatının rəhbəri Levon Hayriyan jurnalistlərə bildirib ki, Ermənistanın bütün hakimiyyət orqanları "Dağlıq Qarabağ"ın tanınması məsələsinə məhəl qoymayıb və nəticədə xeyli ərazilər əldən çıxıb.
Onun sözlərinə görə, etirazçılar o rəsmilərə qarşı çıxırlar ki, onlar Qarabağ torpaqlarının ya birbaşa, ya da dolayısı yolla Azərbaycana aid olduğunu etiraf edirlər.
Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan olan qaçqınlara 300 mənzil verilməsi ilə bağlı bəyanatından da hiddətləniblər. Onların sözlərinə görə, söhbət cəmi 108 evdən gedir və bu da yalnız Qarabağın dağlıq hissəsindən olanlara (hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndi nəzərdə tutulur-red.) aiddir
Xarici İşlər Nazirliyindən isə etirazçılara bildiriblər ki, bəzi əməkdaşlar koronavirusla bağlı distant qaydada işləyirlər. Nazir Ararat Mirzoyan yerində olmadığı üçün onları qəbul edə bilməyəcək. Lakin qaçqınlara yaxın günlərdə görüş təşkil ediləcəyi barədəi söz verilib. Bunun ardınca etiraz aksiyasının bəzi iştirakçıları BMT-nin Ermənistandakı ofisinin binasının qarşısına gediblər.
Respublika meydanına toplaşan "qaçqın"lardan biri isə hökumətə qarşı daha sərt çıxış edib: “İrəvanda kirayə haqqı 80-150 min dram arasında dəyişir. Qışda isə kommunal xərclər geometrik şəkildə artır. Amma biz qaçqınlara 20 min pul verirlər. Camaat, hamınız bu puldan imtina etməyə hazırsınız? Sabah qərargaha gedin, ərizə yazıb deyin ki, 20 mininiz başınıza dəysin, əclaflar”.