Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Senzor.az bildirir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, Z.Sultanovun bankda olan 600 min avro nağd pulu, müxtəlif sikkələri, dəyərli əşyaları müsadirə edilib.
Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.
Qeyd edək ki, prokuror çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Onu da xatırladaq ki, R.Bayramov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib.