
“RİA Novosti” xəbər verir ki, Ukrayna lideri bəyan edib ki, bu təklifdə məqsədəuyğun bir şey görmür, amma bununla yanaşı, cənub-şərq problemlərini istənilən formatda müzakirə etməyə hazırdır.
V.Zelenski Rusiya lideri Vladimir Putinlə heç bir formatda görüşməkdən çəkinmədiyini, lakin niyə Soçidə görüşməli olduğunu anlamadığını deyib: “Görüşmək istəyirəm, heç bir formatdan da qorxmuram, lap ikitərəfli... - fərqi yoxdur, hazıram. Bəs məni Soçiyə niyə dəvət edirsən? Xizək sürməyə? Halbuki biz ciddi şeylərdən danışırıq. Yaxşı, elədisə onda Odessada görüşək, dənizdə çimək... İnsanlar həyatın qiymətini anlamırlar-məsələ budur. Mən ciddi dialoq haqqında danışıram", - Zelenski qəzəbli halda bildirib..
Xatırladaq ki, Lavrov “Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin” deyə açıqlama vermişdi.