Müasir Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini gücləndirən, eləcə də iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimal-şərqindəki Giresun vilayətində bir sıra obyektlərin açılışında deyib.
Ərdoğan qeyd edib ki, son 10 il Türkiyə üçün xüsusilə çətin olub.
“Bu gün gələcəyə inamla baxmaq üçün bütün imkanlarımız var. Türkiyənin kursuna təsir cəhdlərinin uğursuzluğunu dərk edən dairələr onun yolunda əngəllər yaratmağa, iqtisadiyyatını məhv etməyə çalışırlar”, - Prezident bildirib.
Ərdoğan daha sonra Türkiyənin yerləşdiyi bölgədə gərginliyin yaratdığı risklərə diqqət çəkib.
“Milyonlarla insan Ukrayna və Rusiya arasında gərginlik fonunda böhranlı vəziyyətdə yaşamağa məcburdur”, – Türkiyə lideri vurğulayıb.