Hondurasın ilk qadın Prezidentindən Azərbaycan mesajı...
FOTO
Azərbaycan Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Sioamara Kastronun andiçmə mərasimində iştirak edib.
 
Senzor.az
Azərbaycanın Meksikadakı səfirliyinə istinadən bildirir ki, paytaxt Tequsiqalpanın mərkəzi stadionunda keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş ziyafət zamanı M.Talıbov Hondurasın ilk xanım dövlət başçısı olan Siomara Kastroya Honduras xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
 
Prezident S.Kastro hökumətinin Hondurasla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
 
Mərasimdə iştirak edən Hondurasın yeni Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Eduardo Enrike Reina ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.