Bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev arasında Rusiya mövzusunda fikir ayrılığı yaşanıb.
Musavat.com xəbər verir ki, öncə Ə.Zeynallı Ukrayna ilə Azərbaycan arasında müqayisə aparıb. Ardınca isə “Dərin Təhlil” iştirakçıları arasında fikir ayrılığı yaranıb:
Ə.Zeynallı: Hələ biz də Qarabağdakı badirəni tam keçməmişik. Xankəndi durur, rus ordusu ordadır.
H.Babaoğlu: Müqayisə o vaxt uğurlu olar ki, bu proseslər inşallah, Ukraynanın ərazi bütövlüyünün formalaşması başa çatsın, sonra danışaq.
Ə.Zeynallı: Rus ordusu orda dayanıb. Hər ağlına gələni də edir.
Q.Həsənquliyev: Ona görə də rus orda dayandığı üçün biz rusu düşmən elan etməli deyilik. Əvəz bəy Rusiya əleyhinə çox kəskin danışır. Bir ölkəni ki, sən bura çağırmısan, öz torpaqlarına dəvət etmisən…
Ə.Zeynallı: Rusu bura kim çağırdı?
Q.Həsənquliyev: Prezidentin icazəsi olmadan Rusiyanın bura gəlməsi mümkün deyildi.
Ə.Zeynallı: Prezident də çağırmadı. İsgəndər M atıldı, vertolyotumuzu vurdular. Kim etdi bunu? Rusiya etdi.
Q.Həsənquliyev: Prezident üçtərəfli atəşkəs haqda bəyannaməni imzalayıb və bir neçə saat sonra rus qoşunları girib Azərbaycana.
Ə.Zeynallı: Bir neçə saat sonra yox, dərhal.
Q.Həsənquliyev: Nə dərəcədə məntiqlidir ki, bir ölkənin əsgərlərini buraxırsan ölkənə, sonra da onu düşmən elan edirsən? Bu, hansı məntiqə sığır? O əsgərlər bizim maraqlarına toxunan addım atsa…
Ə.Zeynallı: Qüdrət bəy, bizim şəhidlərimiz rus sülhməramlılarının müvəqqəti yerləşdiyi yerdən vurulub eee…
Q.Həsənquliyev: Adi insanlar belə bir çox prosesləri təhlil edir. Bir nəfər bu yaxınlarda mənə dedi ki, bəzi adamlara mən diqqətlə televiziyalarda qulaq asıram. Deyirlər ki, biz Rusiyanı niyə Qarabağa buraxdıq. Əslində isə biz Rusiyanı Qarabağa buraxmadıq, Rusiya bizi Qarabağa buraxdı. Bir hissəsini nəzarətində saxlayıb…
H.Babaoğlu: Bu da yanlış yanaşmadı.
Ə.Zeynallı: 3 min şəhid vermişik biz.
R.Arifoğlu: Qüdrət bəy, siz siyasətdən kənar dostlarınızın dediklərinə çox fikir verməyin…
Verilişin tam versiyasını izləmək üçün klikləyin.