
Senzor.az bildirir ki, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb.
1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Qeyd edək ki, daha əvvəl partiyanın prezidentliyə baş nazir Aparatının rəhbəri, keçmiş “super nazir” Araik Arutyunyanın namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı. Lakin bu qərar ictimaiyyət arasında ciddi narazılığa səbəb oldu.
Onu da qeyd edək ki, Ermənistanın prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, dövlət başçısının səlahiyyətlərini “müharibə və ya sülh məsələlərinə təsir etmək” üçün yetərsiz adlandırıb.