Çinin növbəti hədəfi ABŞ-ın hərbi təyyarələridir -
EKSPERT ŞƏRHİ
Bir neçə gün əvvəl ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsi Cənubi Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğradı. Bu tip müasir təyyarələrin dəyəri təxminən yüz milyon dollardır. Söhbət yalnız təyyarənin dəyərindən getmir. Həmin təyyarənin idarəetməsi ən müasir texnologiyalara əsaslanır.
 
Senzor.az-ın məlumatına görə,  məsələni şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ dənizə düşən həmin təyyarəni qısa zamanda göyərtəyə qaldırmalıydı: “Bu, Çin hərbi gəmilərinin hadisə yerinə yaxınlaşmaması üçün lazım idi. Çin dünyada modern texnikaları “kopyalamqla” məşhurdur. Həmin təyyarədə isə Amerikanın müasir və gizli texnilogiyaları yer alıb. Ona görə də Pentaqon təyyarəsinin Çin tərəfindən ələ keçirməsinin qarşısını almalıydı”. 
 
E.Şahinoğlunun fikrincə, Çin Amerikanın hərbi təyyarələrini başqa yollarla ələ keçirmək təşəbbüslərindən əl çəkməyib. “Defense News” dərgisinin yazdığına görə, Çin Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar apararaq onlara məxsus F-35 təyyarələrini almağa çalışır: “Amerikalı ekspert Emili Hardinqin sözlərinə görə, Çinin “Huawei” şirkəti 5G texnologiyasını mənimsəyib və bu texnologiyanı Birləşmiş Ərəb Əmirliklərindən əldə etmək istədiyi təyyarələrdə yerləşdirməyi planlaşdırır.  Pekinin digər məqsədi ABŞ təyyarəsindəki mövcud texnologiyaları öyrənib eynisini artıq öz hərbi təyyarələri üçün istehsal etməkdir.  

Böyük Britaniyanın bir başqa eksperti Andreas Kreyq hesab edir ki, Çin Amerika təyyarələrindəki gizli serverləri asanlıqla ələ keçirə bilər.
 
Mövcud vəziyyət Pentaqonu narahat etdiyindən Birləşmiş Ərəb Əmirliklərindən Çinlə təyyarə satışıyla bağlı danışıqları dayandırmağı tələb edib. Amerikanın bir başqa tələbi “Huawei” şirkəti ilə təmasların dayandırılmasıdır. Ancaq Pentaqon üçün Çini nəzarətdə saxlamaq getdikcə çətinləşir. Pekin son illərdə hərbi qüdrətini xeyli artırıb. Çin keçmiş illərdə hərbi texnikanı müxtəlif ölkələrdən alırdı. Ancaq son illərdə Çinin hərbi sənaye kompleksi xeyli inkişaf edib. Çin hərbi texnikanın istehsalında Amerika ilə ayaqlaşmaq istəyir. Bunun üçün sürəti artırmağa və başqalarının icadından yararlanmağa üstünlük verir”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.