
Senzor.az bildirir ki, müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib.
Deputatlar sənədin ratfikasiya edilməsini alqışlarla qarşılayıblar.
Xatırladaq ki, 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.
Sənəd Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.