
Məqalə müəllifi Avropanın reaksiyasını önə çəkərək qeyd edib ki, hətta Rusiya Hərbi Dəniz Qüvvələrinin kiçik gəmiləri belə Qərbdə panika yaratmağa qadirdir.
Rusiya 2022-ci ilin yanvarında altı desant gəmisini Qara dənizə göndərdi. Moskvanın bu addımı Avropada səs-küyə səbəb olub. Bu gediş İsveçi silahlı qüvvələrdə yerdəyişmələr həyata keçirməyə, Finlandiyanı isə hərbsizləşdirilmiş Aland adalarından narahatlıq keçirmyə məcbur edib.
Digər ölkələr də hərbi resurslarının bir hissəsini Rusiya gəmilərini izləməyə həsr etməli oldular.

“Rusiya güclü və nəhəng gəmilərindən istifadə etmədən ustad dərsi nümayiş etdirdi. Vladimir Putin "desant qambiti" nümayiş etdirdi ki, hazırda bu desant gəmilərindən istifadə əhəmiyyətli effekt verir və belə gəmilərini hesabdan çıxarmaq hələ tezdir,- müəllifi fikrini bu cümlələrlə yekunlaşdırıb.