Gürcüstanda "covid-pasport"u ləğv olundu -
SƏMƏRƏSİZ HESAB EDİLDİYİ ÜÇÜN
Gürcüstan hökuməti ictimai yerlərdə tələb olunan “covid-pasport” sistemini ləğv edib. 
 
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Koronavirusla Mübarizə üzrə Koordinasiya Şurası  Operativ Qərargahının rəhbəri Georgi Gibradze deyib ki, bunula belə, xarici ölkələrə səfər etmək istəyənlər üçün hələ də covid-pasport tələbi olacaq.
 
 
“Qərar onunla əsaslandırılır ki, yoluxmaların sayı xeyli artıb və bu sistem indi daha az effektivdir. Ölkə daxilində "yaşıl pasport”lar tələb olunmayacaq”, - Gibradze bildirib.
 
Gibradze onu da deyib ki, koronavirusun yeni ştamı olan "omikron"un kütləvi şəkildə yayılmasına baxmayaraq, vəziyyəti idarə etmək olar. Operativ Qərargah rəisi xatırladıb ki, peyvənd yoluxmadan sonra fəsadlardan sığortalanmağın yeganə yoludur. 
 
Qeyd edək ki, “yaşıl pasport” və ya “covid-pasport” vətəndaşın covid statusu haqqında məlumatları özündə əks etdirən elektron sənəddir: burada peyvəndin tam kursu, xəstəliyin müddəti və PCR testlərinin nəticələri əks olunur.
 
Gürcüstanda “yaşıl pasportlar” sistemi dekabrın 1-dən qüvvədə idi. İctimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla getmək mümkün olurdu.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.