Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılıb, komissiya tərəfindən yüksək qiymətləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib.
Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib.
Səsvermə Türkiyə vaxtı ilə saat 23:25 dəqiqədə başa çatıb.
Qeyd edək ki, Azərbaycan parlamenti Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləyib.
Onu da xatırladaq ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.