Ərdoğan Ukraynadan qayıdarkən önəmli açıqlamalar verdi - PUTİN, ZELENSKİ VƏ ƏLİYEVDƏN DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
 
Ukraynaya rəsmi səfəri zamanı təmasları haqqında danışan və 2011-ci ildə qurulan 10-cu Yüksək Səviyyəli Strateji Şura Toplantısını keçirdiklərini xatırladan Ərdoğan, Prezident Volodimir Zelenski ilə ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirdiklərini deyib. O, Ukrayna ilə hazırkı əməkdaşlıq barədə danışarkən bildirib ki, Şuranın iclasında hərbi, siyasi, iqtisadi, ticarət və mədəniyyət sahələrində baş verənlər müzakirə olunub.
 
Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsinin 2021-ci ildə 7,5 milyard dollar səviyyəsinə çatdığına diqqət çəkən Ərdoğan "indi hədəf 10 milyard dollardır. Ümid edirəm ki, 10 milyard dollarlıq hədəfə çatacağıq” söyləyib.
 
Prezident bildirib ki, Türkiyənin Ukrayna ilə diplomatik əlaqələrinin 30-cu ildönümündə 8 anlaşma imzalanıb: “Xüsusilə 11 ildir müzakirələri gedən Azad Ticarət Sazişi çox önəmli və anlamlı idi. Görüşlərdə bir çox məsələləri müzakirə etmək imkanımız oldu. Yüksək Səviyyəli Strateji Şuranın növbəti iclasını Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə keçirməyi qərara aldıq”.
 
Səfər zamanı Ukraynanın suverenliyi, siyasi birliyi və ərazi bütövlüyünə dəstəyin bir daha vurğulandığını qeyd edən Ərdoğan deyib: "Təəssüf ki, Ukrayna ilə Rusiya arasında münasibətlərdə gərginlik artır. Biz cənab Zelenskiyə xüsusi olaraq bildirdik ki, gərginliyin azaldılması üçün lazımi töhfəni verməyə hazırıq. O da bunun üçün üzərinə düşən hər şeyi etməyə hazır olduğunu vurğuladı. Eyni zamanda söylədi ki, ona ediləcək telefon zənginin həmən ardından çağırılan yerə gedəcək.
 
Biz bildirdik ki, Rusiya ilə gərginliyin həlli üçün rəhbərlik səviyyəsində sammitə və ya texniki səviyyədə danışıqlara ev sahibliyi etməyə hazırıq. Beynəlxalq mətbuatın Ukrayna ilə Rusiya arasındakı problemi qızışdırmasının xeyirdən çox zərər verəcəyinə inandığımızı bildirdik”.

 
Prezident Ərdoğan səfər zamanı  Krım tatarlarının vəziyyətini də müzakirə etdiklərini bildirib.
  
Türkiyənin Krım tatarları üçün ev tikintisi ilə bağlı daha əvvəl söz verdiyini vurğulayan Ərdoğan "Kiyevdə tikəcəyimiz evlərlə yanaşı, onlara məscid sözümüz var. Bunlarla bağlı layihə işləri bitmək üzrədir. Ümid edirəm ki, TOKİ ilə bu addımı atacağıq və bunu tez bir zamanda reallaşdıracağıq” deyib.
 
Türkiyənin strateji tərəfdaşı olan Ukrayna ilə hər səviyyədə intensiv qarşılıqlı təmas və məsləhətləşmələr aparacaqlarını vurğulayan Ərdoğan "Türkiyə-Ukrayna əməkdaşlığının bütün regionun sülh və rifahına töhfə verəcəyi açıq-aydındır. Ukraynada keçirdiyimiz görüşlərin və imzaladığımız sənədlərin xeyirli olmasını diləyirəm” deyib.
 
Ukrayna ilə Rusiya arasında gərginliyin artması ilə bağlı bəzi beynəlxalq mətbuatın şərhlərini, ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi dövlətlərin bəyanatlarını dəyərləndirən Ərdoğan deyib: "Əvvəla, bunu çox açıq və aydın deməliyəm; təəssüf ki, Qərb indiyə qədər bu məsələnin həllinə heç bir töhfə verməyib. Mən bu məsələ ilə bağlı cənab Putinlə görüşə böyük əhəmiyyət verirəm. Hazırda Avropada bu məsələnin həlli baxımından ciddi problem var”.
 
Prezident Ərdoğan bildirib ki, ABŞ lideri Co Bayden hələlik bu prosesə müsbət yanaşma nümayiş etdirə bilməyib: “Xarici işlər nazirlərinin keçirdiyi görüşlərdə hələlik nəticəyə doğru irəliləyiş qeydə alınmayıb. Ümid edirik ki, cənab Putinlə görüşümüzdən sonra bizə vasitəçi rolu təyin olunarsa, biz də vasitəçi kimi bu işə cəlb olunmağı qəbul edəcəyik və inşallah, üzərimizə düşəni etməyə çalışacağıq”.
 
Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Boris Consonun da Ukraynaya səfər etdiyini xatırladan Ərdoğan deyib: "Biz bu səfərləri analiz edib, ona uyğun addım atmaq istəyirik. Bu səfərdən sonra hörmətli İlham Əliyev qardaşımızla bəzi görüşlərimiz oldu. O da bu problemin həlli üçün nə edilə biləcəyi yönündə çalışmağa hazırdır”.
 
Modern.az bildirir ki, Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara Putinlə Zelenksini bir araya gətirmək üçün onların görüşünü təşkil etmək istəyir. O, tərəflərin buna razılıq verdiyini də xatırladıb: "İndi görüşün tarixinə qərar verəcəyik. Ümid edirəm ki, cənab Putin və Zelenskini yüksək səviyyədə bir araya gətirmək üçün bu görüşü keçirə biləcəyik. Cənab Zelenski ilə razılaşmamız bu istiqamətdədir. İnanıram ki, axırı yaxşı olacaq”.
 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.