Ermənistanın parlament müxalifət fraksiyaları - “Hayastan” və “Şərəfim var” prezidentliyə namizəd irəli sürməyəcək və seçkilərdə iştirak etməyəcəklər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onların yaydıqları birgə bəyanatda belə deyilir.
"Biz namizədin irəli sürülməsinin məqsədəuyğunluğunu müzakirə etdik. Lakin indiki şəraitdə bu seçkilərdə hətta dolayı iştirak və onu qanuniləşdirməyi yanlış hesab edirik. "Hayastan" və "Şərəfim var" fraksiyaları heç bir halda prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul ediblər", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan yeni prezidentin martda seçiləcəyini bildirib.
Ermənistan parlamentinin 65 deputatı yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın bu posta namizədliyini dəstəkləyib.
Armen Sarkisyanın Prezident postundan istefası fevralın 1-də təsdiqlənib.