Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Senzor.az bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən S.Xəlilovun vəkili Hafiz Ələsgərov vəsatət qaldırıb.
 
O, S.Xəlilovla “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını istəyib.
 
Həmçinin vəkil T.Əhmədovun məhkəməyə çağırılaraq dindirilməsini də tələb edib.
 
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin olunub.
 
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.
 
Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.