Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayışla əlaqədar olaraq matəm elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev Tvitter-də bildirib.
“Bayzak rayonunda insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq 29 avqustu ümumxalq hüzn günü elan edirəm. Həlak olan hərbçilər və xilasedicilər əsl qəhrəmanlıq və fədakarlıq göstərdilər. Onlar xalqın yaddaşında əbədi olaraq qalacaqlar", - Prezident qeyd edib.
Xatırladaq ki, son məlumata görə, hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həlak olub.