Türkiyədəki soydaşlarımızdan CHP-li deputatın iddialarına etiraz –
“ÜZR İSTƏSİN!”
 Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun iki ölkə arasında enerji sahəsində əlaqələr, eləcə də, dövlət başçıları barədə əsassız iddialar irəli sürməsi Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının kəskin etirazına səbəb olub.
 
Senzor.az-ın məlumatına görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turanın imzası ilə ölkə ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilib ki, diaspor təşkilatları millət vəkili Aykut Ərdoğdunu hiddətlə qınayırlar:
 
“Bu açıqlamalar Türkiyənin müxtəlif vilayətlərində fəaliyyət göstərən 22 dərnəyin daxil olduğu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının üzvlərini qəzəbləndirib”.
 
Qeyd edilib ki, diaspor təşkilatları iki ölkə arasında qardaşlıq əlaqələrini gücləndirməyə çalışarkən, düşmənlərimizi sevindirəcək bu cür əsassız, böhtan xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir: “Atalar sözündə deyilir ki, “eşitmir, uydurur”. Aykut Erdoğdunun iddiaları tamamilə həqiqətə uyğun deyil, iftira və böhtandır”.
 
Bəyanatda bir daha nəzərə çatdırılıb ki, Türkiyə və Azərbaycan bir millətin iki güclü, ciddi və nüfuzlu dövlətləridir: “Dövlətlərimizi idarə edən möhtərəm Prezidentlərimizin münasibətləri şəffaf və mehribandır, xalqımız tərəfindən təqdirlə izlənilir. Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələri mərhum Prezidentimiz Heydər Əliyev dövründən dostluğumuz, qardaşlığımız faktı nəzərə alınmaqla, iki ölkənin qarşılıqlı maraqlarına uyğun olaraq həyata keçirilir.
 
Azərbaycanın enerji ehtiyatlarının Türkiyə üzərindən dünyaya çatdırılması Azərbaycan dövlətinin uzaqgörən seçimi və qətiyyətli siyasəti nəticəsində əldə olunub. Azərbaycan tarixinin heç bir dövründə qardaş Türkiyəyə zərər verməyə cəhd etməyib və bu gün də etməyəcək”.
 
Bildirilib ki, bu, Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün siyasi irsinə hörmətsizlikdir, çünki onun qurucusu olduğu partiyanın bir təmsilçisinin belə məsuliyyətsiz açıqlamalar verməsi hər şeydən öncə Azərbaycansevər CHP üzvlərini incidir: “Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizəyə Azərbaycan xalqının barmaqlarındakı üzüyü göndərəcək qədər verdiyi dəstək tarix kitablarına yazılıb. Yenə də Atatürkün qurduğu partiyanın bir millət vəkilinin məsuliyyətsiz açıqlamalarının hər şeydən əvvəl qəlbində Azərbaycan sevgisi olan milyonlarla CHP-li vətəndaşını üzəcəyi şübhəsizdir. Türkiyə və Azərbaycanın həmrəyliyi nəticəsində əldə edilən Qarabağ Zəfəri ilə dünyaya mühüm mesajın verildiyi bir vaxtda bu cür əsassız bəyanatların heç kimə faydası yoxdur”.
 
Bəyanat müəllifləri Aykut Ərdoğdunu Azərbaycan və Türkiyə qardaşlığından öz siyasətində istifadə etməməyə çağırıblar və millətimizdən üzr istəməyə dəvət ediblər. CHP rəhbərliyindən isə millət vəkilinin barəsində lazımi intizam tədbirinin başlaması tələb edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.