
Senzor.az B.Həziyevin müraciətini olduğu kimi təqdim edir:
"Mətbuat Şurasından istefa verdim.
Azərbaycan Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova
2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyim halda Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildim. "Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı.


Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. Mətbuat Şurasında təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!
Hörmətlə;
Bahəddin Həziyev
05 fevral 2022-ci il".
Baş redaktor sonda iki məqamı da vurğulayıb. Birincisi, bu ərizə Mətbuat Şurasına həftənin birinci günü göndəriləcək. İkincisi, Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətində qalıb-qalmaması məsələsi də müzakirəyə çıxarılmalıdır.
Senzor.az