Putin Makronla görüşdə bədən dili ilə hansı mesajları verdi? - PSİXOLOQ ŞİFRƏLƏRİ ÇÖZÜR
Fevralın 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş olub. Liderlərin bir araya gəlməsi zamanı çəkilən görüntülər isə dünya mətbuatında müzakirə predmetinə çevrilib. Belə ki, Putin Makronu əli cibində qarşılayıb, dövlət başçıları uzun masa arxasında əyləşiblər. Amma qəribəlik bununla da bitməyib. Beş saatdan çox davam edən görüşdən sonra mətbuat konfransı keçirilib. Ardınca isə Rusiya lideri zaldan çıxıb, sanki onu çağırırmış kimi əli ilə Emmanuel Makrona işarə edib. Lakin V.Putin fransalı həmkarını gözləmədən qapıya doğru yönəlib və zalı tərk edib. E.Makron otaqda tək qalıb və Kreml rəhbərinin arxasınca getməli olub.

Görüş Fransa mətbuatının da gündəmindədir. İki liderin danışıqları “COVID-19 protokolu, yoxsa Fransa-Rusiya əlaqələrinin əksi?” sərlövhəsi ilə müzakirəyə çıxarılıb. Fransızlar bu barədə "Ttvitter"də “Putin Makronu isti qarşıladı”, “Sosial məsafə”, “Axşam yeməyi başlaya bilər”, “Saat fərqi” kimi rəy veriblər.

Fransanın "Cnews" kanalı “Emmanuel Makron-Vladimir Putin görüşü, yaxınlaşmanın böyük masası”, "Huffpost" kanalı isə “Makron ilə Putin görüşündəki masanı dövr etməyə dəyər” sərlövhələrindən istifadə edib.

“Liberation” qəzeti “Makron və Putin - russayağı dialoq” başlığı ilə mövzunu manşetə çıxarıb.


Müxalifət nümayəndləri Makronun təhqir edildiyini deyirlər. Hökumətə yaxın mənbələr isə Putinin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünün də eyni formada keçdiyini xatırladıblar.

İndi politoloqlar, siyasi icmalçılar və bədən dili mütəxəssisləri bir suala cavab axtarırlar: Vladimir Putin Emmanuel Makronla görüşdə hansı mesajları verib? Həmin mesajlar kimlərə ünvanlanmışdı?

Psixoloq Azad İsazadə "Report"a açıqlamasında Rusiya və Fransa liderlərinin Moskva görüşünün “şifrələri”ni belə izah edib: “Əlin şalvarın cibində olması 2 cür izah olunur. Birincisi, həmin şəxs nə edəcəyini, necə davranacağını, əlini hara qoyacağını bilmir və sonra cibinə salır. Yəni bu, özgüvənsizlikdir. İkincisi isə bunun tam əksidir, əli cibə qoymaq meydan oxumaq deməkdir. Bəzən həmin hərəkəti hörmətsizlik kimi də başa düşmək mümkündür. Bir sıra hallarda qeyd etdiyim 2 hal üst-üstə düşür. Yəni insan özgüvənsizliyini ört-basdır etməkdən ötrü süni fon yaradır. Diplomatik etiketə görə əli cibə salmaq qəbuledilməzdir”.



A.İsazadənin fikrincə, belə görüşlər zamanı istifadə edilən masanın uzun olmasının obyektiv və subyektiv səbəbləri var: “Bildiyiniz kimi, Putin koronavirusa qarşı çox həssasdır. O, demək olar, heç kimlə görüşmür. Bu mənada masanın uzun olması sosial məsafə kimi qəbul edilə bilər. Eyni zamanda, kadrlardan məlum olur ki, masanın uzunluğu Putinin özünə də mane olurdu. Belə ki, o, bir neçə dəfə həmkarını daha yaxşı eşitmək üçün irəli əyilir. Ümumiyyətlə, adətən rəsmi görüşlərdə dövlət başçıları kresloda oturur və onların arasında balaca jurnal masası olur. Nəticədə həmsöhbətlər arasında emosional toqquşmanın qarşısı alınır və müzakirə lazımi qədər səmimi mühitdə keçir. Belə uzun masa ətrafında isə çox vaxt diplomatik nümayəndələr əyləşirlər və görüş rəsmi xarakter daşıyır. Yəni uzun masa koronavirusdan qorunmaq üçün nəzərdə tutulsa da, emosional istiliyə mane oldu”.



Psixoloq hesab edir ki, görüşün nəticələri ev sahibini - Vladimir Putini qane etməyib: “Makron digər Qərb nümayəndələrinə nisbətən Putinlə daha yaxşı “yola gedən” siyasətçidir. Görünür, hətta o da Kreml rəhbərliyinin gözləntilərini doğrultmayıb. Putinin otaqdan çıxması, Makronu gözləməməsi onu deməyə əsas verir ki, daha danışılacaq nəsə qalmayıb. Əlbəttə, yenə Rusiya liderinin koronavirusdan qorxduğunu unutmaq olmaz. Onda hətta ola bilsin, koronafobiya var və məntiqli şəkildə yox, şüuraltı olaraq məsafə saxlamağa çalışır”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.