Amerikanın məşhur "Forbes" nəşri son zamanlar Avropada yaranmış yeni müharibə təhlükəsi barədə yazıb.
Məqalə müəllifi Ukrayna ilə Rusiya ordularının maraqlı müqayisəsini aparıb.
Qeyd edilir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin bazası (HHQ) köhnəlib və Rusiya Aerokosmik Qüvvələrindən daha aşağı səviyyədədir. “Üstünlük həm kəmiyyət, həm də keyfiyyət baxımından Rusiya tərəfindədir. Nəşr qeyd edib ki, Ukraynanın cəbhə xəttində 125 döyüş təyyarəsi var.
Onların arasında 71 qırıcı var ki, bunlardan yalnız 34-ü döyüşə hazır ikimühərrikli Su-27-lərdir. Hərbi qarşıdurma halında, bu onlarla köhnəlmiş hərbi təyyarəyə qarşı Rusiya Aerokosmik Qüvvələrinin yüzlərlə yeni və modernləşdirilmiş qırıcıları çıxacaq. Havada döyüş qısa müddət çəkəcək və Ukrayna Hərbi Hava Qüvvələrinin qalib gəlmək şansı yoxdur”,- "Forbes" yazıb.
Azvision.az xatırladır ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirirlər. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.
Daha bir məqam: ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyirlər. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.