Selçuk Bayraktar Bakıdakı Hərbi Qənimətlər Parkını ziyarət edib
FOTO
Rəylər
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar Hərbi Qənimətlər Parkını ziyarət edib. Senzor.az bildirir ki, bu barədə S.Bayraktar “Tvitter” hesabında paylaşım edib.S.Bayraktar paylaşımında bildirib: “Qarabağ müharibəsində ələ keçirilən hərbi texnikanın nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkında olduq. Bu münasibətlə Qələbənin memarlarını, bütün şəhidlərimizi bir daha rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbəyə görə Rəbbimizə şükürlər olsun”.