Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda hərbçilərlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb.
Z.Həsənov 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.
Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.