
Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko rusların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı məlumatı təkzib edib.
Bunu o, “Teleqraf” nəşrinə müsahibəsində deyib.
“Siz şayiələrə inanmamalısınız. Dövlət sərhədinin keçilməsi haqqında Ukrayna qanunvericiliyi var və sərhədçilər buna ciddi riayət edirlər”,-deyə Demçenko bildirib.
Ukrayna sərhəd xidmətinin nümayəndəsi qeyd edib ki, hər gün onlarla əcnəbi müxtəlif səbəblərə görə, Ukrayna ərazisinə buraxılmır.
Demçenko qeyd edib ki, onların arasında ruslar da var ki, bu vətəndaşlar da hamı kimi ölkə ərazisinə daxil olmazdan əvvəl giriş şərtlərini yerinə yetirməlidirlər.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna mediasında rusların ölkəyə girişinin tamamilə qadağan edilməsi barədə xəbərlər yayılmışdı.
**00:40
Ukrayna Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Senzor.az Ukrayna KİV-ə istinadən bildirir ki, istisna yalnız yaxın qohumlarının ölüm şəhadətnaməsi təqdim edən şəxslərə şamil edilir.
Ukrayna sərhədçiləri qeyd ediblər ki, onlara bu barədə göstəriş fevralın 12-si günorta saatlarında daxil olub.