Zelenski istefa verməyə hazır olduğunu bildirib, amma... MÜHARİBƏ BİTDİKDƏN SONRA

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib.

 

Bu barədə o, "Axios" nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, müharibə bitsə, növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil. Zelenski atəşkəs əldə olunacağı təqdirdə Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib.

 

"Ruslarla müharibəyə son versək, bəli, seçkilərə qatılmamağa hazıram. Məqsədim bu deyildi. Mən həqiqətən də bu çətin dövrdə ölkəmin yanında olmaq, ölkəmə kömək etmək istəyirdim. Bəli, həmişə istədiyim bu idi. Məqsədim müharibəni bitirməkdir", - Zelenski bildirib.

 

O ukraynalıların terrorçu olmadığını və mülki insanlara hücum etmək niyyətində olmadığını vurğulayaraq Ukraynanın ABŞ-ın verdiyi uzaqmənzilli silahlardan təyinatı üzrə istifadə etdiyini əlavə edib. Zelenski həmçinin qeyd edib ki, Ukraynanın qəzəbi başa düşüləndir – müharibəni Rusiya başladıb və dinc əhalinin ölümünə görə onlar məsuliyyət daşıyır.

 

"Xalqımız başa düşür ki, mülki şəxslərə hücum etmək lazım deyil", - deyə o, Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələri şərh edərkən qeyd edib.

 

Zelenski Moskvaya zərbə endirmək ehtimalına da işarə edərək, "Kreml işçilərinə" ən yaxın bomba sığınacaqları tapmağı tövsiyə edib. "İlk növbədə, onlar bomba sığınacaqlarının harada olduğunu bilməlidirlər. Əgər müharibəni dayandırmasalar, onlara ehtiyac duyacaqlar", - Ukrayna lideri söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.