“Bizim vəzifəmiz ABŞ, Çin, Avropa İttifaqı və digərləri ilə konstruktiv, qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməkdir. İstənilən dialoqa və əməkdaşlığa açığıq, lakin eyni zamanda hörmət, ədalətli və ləyaqətli rəftar tələb edirik”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.
Onun sözlərinə görə, gürcü xalqı üçün ultimatum, şantaj və hədə-qorxu dili qəbuledilməzdir.
M.Kavelaşvili bildirib ki, məhz Gürcüstan hökumətinin praqmatik və rasional siyasəti ölkədə sülhü və iqtisadi artımı qoruyub saxlamağa imkan verib.
Prezident, həmçinin qeyd edib ki, Gürcüstan bütün tərəflərlə qlobal və regional məsələlər üzrə milli maraqlar nəzərə alınmaqla dialoqa hazırdır.