“Əgər bu addım Rusiya ilə müharibənin qarşısını almağa kömək edərsə, Kiyev NATO-ya üzvlüklə bağlı mövqeyini dəyişə bilər”.Bunu BBC-yə müsahibəsində Ukraynanın Londondakı səfiri Vadim Pristayko deyib.
Diplomat aydınlaşdırıb ki, Kiyev hazırda Ukraynanın düşdüyü vəziyyətdən ən yaxşı çıxış yolunu tapmağa çalışır.
"Əgər biz belə ciddi güzəştlərə getməli olsaq, bunu edəcəyik", - deyə səfir vurğulayıb.