“Qarabağ” Çempionlar Liqasının oyunu ilə bağlı
AZARKEŞLƏRƏ MÜRACİƏT EDİB

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçiriləcək II tur oyunundan öncə azarkeşlərinə müraciət edib.

 

Senzor.az Kluba istinadən bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçı izləmək üçün fanatların arenaya erkən gəlməsi ilə bağlı çağırış edilib.

 

Bildirilib ki, bu, onların stadiona rahat daxil olmağına, sıxlıqdan yayınmağına və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmağına imkan verəcək.

 

Həmçinin stadionun qapılarının qarşılaşmaya 2 saat qalmış açılacağı, oyun başlayandan 20 dəqiqə sonra arenaya girişin məhdudlaşdırılacağı vurğulanıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.