Rusiyada separatçı “DXR” və “LXR”in tanınması təklifinə Ukraynadan etiraz –
BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT GÖNDƏRİLDİ
Ukrayna Ali Radası Donetsk və Luqanskdakı qondarma rejimlərin tanınmaması ilə bağlı BMT, Avropa Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası, həmçinin dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə çağırış edən qətnamə qəbul edib.
 
Senzor.az “Ukrinform”a istinadən bildirir ki, parlamentin 331 deputatı sənədin lehinə səs verib.
 
Ali Radanın müraciətində Rusiyanın “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası”nın (“LXR”) müstəqilliyinin tanınması ilə bağlı səyləri kəskin şəkildə qınanılıb. Ukrayna parlamenti beynəlxalq ictimaiyyəti Rusiyanın mümkün qərarını tanımamağa çağırıb.
 
NATO artıq Rusiyanın Ukraynadakı separatçı rejimləri tanıması ehtimalına münasibət bildirib.
 
NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Rusiya qondarma Donetsk və Luqansk respublikalarını tanısa, beynəlxalq hüququ pozmuş olacaq və Minsk razılaşmaları əsasında münaqişənin həllini çətinləşdirəcək.
 
Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.