Ukraynadakı separatçı rejimlərin tanınması ilə bağlı Dumanın çağırışına
PUTİNDƏN ŞƏRH
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının Ukraynanın separatçı "Luqansk və Donetsk Xalq Respublikaları"nın tanınması çağırışlarına münasibət bildirib.
 
APA-nın xəbərinə görə, Putin Almaniya Kansleri Olaf Şoltsla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ukrayna ərazisindəki separatçı qurumların müstəqiliyinin tanınması ilə bağlı Dumanın çağırışını şərh edib.
 
Rusiya Prezidenti deputatların Donbas sakinlərinin kədərini bölüşən seçicilərə qarşı həssas olduğunu bildirib: “Dövlət Dumasında səsvermə, məncə, bu və ya digər şəkildə, əlbəttə, bununla bağlıdır. Çünki parlamentin deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi, özlərinin seçicilərinin rəyini rəhbər tuturlar. Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbas sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir və orada vəziyyətin yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir”.
 
Yeri gəlmişkən, Almaniya Kansleri Olaf Şolts Putinlə görüşdən sonra mətbuata açıqlamasında deyib ki, “Rusiyanın qondarma “Luqansk və Donetsk Xalq Respublikaları"nı tanıması siyasi fəlakət və Minsk razılaşmasının pozulması olacaq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.