COVID-19 testlərinin nəticələri niyə gecikir?
RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi son zamanlar vətəndaşlardan götürülən COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb.
 
Senzor.az-ın məlumatına görə, nazirliyin mütəxəssis-eksperti, genetik Zakir Bayramov bildirib ki, müraciət edən hər bir şəxsin nümunəsi PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçir. O qeyd edib ki, öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir: "Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.